MİLLİ AEROKOSMİK AGENTLİYİ BEYNƏLXALQ ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRİR

1079
0
Share:
MİLLİ AEROKOSMİK AGENTLİYİ BEYNƏLXALQ ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRİR
18.01.2021-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru Natiq Cavadovla Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Viktor Szederkenyi və məsul diplomat Peter Cseh arasında görüş keçirilib.
Məqsədi iki ölkənin kosmik tədqiqatları haqqında məlumat mübadiləsi, o cümlədən qarşılıqlı əlaqələrin qurulmasından ibarət olan görüş zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri haqqında geniş müzakirələr aparılıb. Müzakirə edilən məsələlərin MAKA-nın gələcək inkişaf strategiyasına və qarşılıqlı əlaqələrin genişlənməsinə təkan verəcəyi nəzərə çatdırılıb. Görüş qarşılıqlı anlaşma şəraitində uğurla başa çatıb.
Share: