MILLI AEROKOSMIK AGENTLIKDƏ MƏKTƏBLILƏR ÜÇÜN MƏLUMAT TURU TƏŞKIL OLUNMUŞDUR

56
0
Share:
28.04.2022-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyində MSN-nin təşkilatçılığı ilə Binəqədi rayonu 83,179,246, və 276 saylı tam orta məktəblərinin yuxarı sinif şagirdləri üçün məlumat turu təşkil olunmuşdur. Şagirdlər ilk növbədə Milli Aerokosmik Agentliyinin Vətən müharibəsində şəhid olmuş əməkdaşlarının xatirəsi yad etmiş və onlara həsr edilmiş abidəni ziyarət emişlər. Vətən müharibəsində həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Müəssisədə şagirdlər müxtəlif növ silah və hərbi sursatlar, eyni zamanda günəş enerjisini istilik enerjisinə çevirən qurğu ilə yaxından tanış olublar. Daha sonra görüş Milli Aerokosmik Agentliyinin qurucusu olan akademik Tofiq İsmayılov adına muzeydə davam etdirildi. Tofiq İsmayılovun həyat və yaradıcılığı barədə şagirdlərə ətraflı məlumat verildi. Tədbirin davamı olaraq akt zalında Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müdafiə Sənayesi Nazirliyinin  və Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı ilə bağlı qısa film nümayiş olundu. Tədbirdə Vətən Müharibəsi qəhrəmanı Qəzənfər Ağayev 44 günlük Vətən Müharibəsində ordumuzun göstərdiyi igidliyə diqqət çəkib və bu qəhrəmanlığın Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu bildirib. Qəzənfər Ağayev bundan sonra da doğma Azərbaycanın müdafiəsində şərəf və qətiyyətlə duracağını bir həyat amalı olduğunu bildirmişdir. Müdafiə Sənayesi Nazirinin müşaviri Arif Babayev Vətən Müharibəsi qəhrəmanı Qəzənfər Ağayev haqqında da ətraflı məlumat verərək onun şərəfli döyüş yolundan bəhs etmişdir. Tədbirin önəmli tərəflərindən biri də həmin tarixin tanınmış oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın doğum gününə təsadüf etməsi idi. Sonda tədbirdə iştirak edən texniki təmayüllü tam orta məktəblərin kitabxanalarına Müdafiə Sənayesi Nazirliyinin şəhid olmuş və 44 günlük müharibədə iştirak etmiş əməkdaşların igidliyindən bəhs edən “Tarix yazan Qəhrəmanlar” kitabı hədiyyə edilmişdir.
Share: