10.02.2022 tarixində MAKA-da doktorant, dissertant və elmi fəaliyyət göstərən işçilərin elmi səviyyəsinin yüksəldilməsi, onların dissertasiya işlərinin ilkin müzakirəsi, seminarı və müdafiəsi zamanı edilən çıxışlara hazırlanması məqsədilə elmi seminar keçirilmişdir. MAKA-nın alim və mütəxəssislərinin iştirak etdiyi seminarda doktorant Fərqanə Kazımova “Torpağın keyfiyyətinə nəzarət üçün məsafədən zondlamanın dispers və qeyri-dispers metodların kompleks tətbiqi məsələləri” , doktorant Aysel Cəlilova isə “Kür çayı deltasında müşahidə olunan hidroloji proseslərin tədqiqi” mövzusunda məruzə ilə çıxış etdilər.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı. Elmi seminarın üzvləri çıxış edən iddiaçılara mövzu ilə bağlı suallar və tövsiyyələr verdilər.
Qeyd edək ki, MAKA üzrə elmi seminarların ayda iki dəfə keçirilməsi nəzərdə tutulur.