MİLLİ AEROKOSMİK AGENTLİK “TEKNOFEST” TEXNOLOGİYA FESTİVALINDA İŞTİRAK ETMİŞDİR

17
0
Share:
“Teknofest” Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalıdır. Tədbir “Türkiyə Texnologiya Komandası” – T3 Fondu və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il təşkil olunur. Azərbaycan ilk dəfə 26-29 may 2021-ci il tarixində “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalında iştirak edib. Festivalın sərgi hissəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən qurulmuş Azərbaycan Milli Pavilyonunda Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin hazırlanmış layihələri, 11 yerli şirkət və startapın məhsul və həlləri nümayiş olunub, həmçinin ölkəmizin yerli istehsalı olan pilotsuz uçuş aparatları sərgilənib. Müdafiə sənayesi naziri Mədət Quliyev və Nazirliyin əməkdaşlarının iştirak etdikləri “Teknofest Azərbaycan 2022” festivalında MSN-in stendində “Orbiter-2B”, “Orbiter-3B”,“Orbiter-4”, “Orbiter-1KM”(İtiqovan) pilotsuz uçuş aparatları, “Gilavar” atış trenajoru, “Gürzə” Toyota HİLUX 4×4 avtomobili, “Gürzə” üzərində quraşdırılması nəzərdə tutulan asqılı operativ taktiki mobil dron müşahidə sistemi “Bayquş” və VTOL tipli kəşfiyyat məqsədli PUA “Turaz”, uzunmənzilli, dəyişən təkan vektorlu tilt rotor sistem üzərində qurulmuş, şaquli qalxma və enmə imkanına malik və çox məqsədli Pilotsuz Uçuş Aparatı, taktiki döyüş uçuş simulyatoru “Dəmir Yumruq” və “QFAB-250LG” qəlpəli fuqaslı aviasiya bombası nümayiş olunur.Tədbir çərçivəsində təşkil olunan hava şoularında Azərbaycan Hərbi Hava Qüvvələrinin peşəkar pilotları “MiQ-29” qırıcı təyyarələri ilə solo pilotaj uçuşları həyata keçiriblər. “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalının Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsi iki ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürüdür. Tədbirin sərgi hissəsində tərəfdaş qurumların məhsul və texniki-texnoloji həllərinin, eləcə də gənclərin hazırladıqları prototiplərin, həmçinin Milli Aerokosmik Agentliyinin nəzdində fəaliyyət göstərən Kosmik Cihazqayırma Təcrübi zavodunda hazırlanmış “Gürzə” adlı hərbi maşın, uçuş simulyatoru, PUA və digər yeniliklər nümayiş olunmuşdur. Açıq səma altındakı statik ərazidə isə pilotsuz uçuş aparatları və vertolyotlar sərgilənmişdir. Festivalın əyləncə proqramına Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin “Türk Ulduzları” və “Solo Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları, böyük səhnədə incəsənət xadimlərinin çıxışları, su attraksionları, uçuş simulyatorları, robotlar və s. daxildir.
Share: