MAKA-NIN ƏMƏKDAŞLARI BEYNƏLXALQ TƏDBIRDƏ IŞTIRAK ETMIŞLƏR

922
0
Share:
05.07.2022-ci il tarixində Fairmont oteldə “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilmişdir.
“İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnozlar və uyğunlaşma tədbirləri” mövzusunda konfrans keçirilmişdir. Bu Beynəlxalq konfransda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası, SOCAR, Müdafiə Sənayesinin Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutu, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (Bakı limanı), BMT-nin İqlim dəyişikliyi üzrə Hökümətlərarası Paneli, BP, Təmiz Dəniz Təşkilatı, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın Hidrometeorologiya Xidmətlərinin nümayəndələri və bir sıra beynəlxalq ekspertlər iştirak etmişdilər.
İşçilərin elmi – praktiki biliyinin daha da artıırılması, xüsusilə də gənclərin potensiallarının aşkara çıxarılması və onların motivasiyasının artırılması məqsədilə Ekologiya İnstitutunun “Xəzərin və su hövzələrinin aerokosmik monitorinqi” şöbəsinin rəisi Tatarayev Məhəmməd Telman oğlu, eyni zamanda gənc kadrların təmsil olunması rolunda “Təbii dağıdıcı və səhralaşma proseslərinin monitorinqi” şöbəsinin böyük elmi işçisi Məmişova Tükan Tolxan qızı bu konfransda iştirak etmişlər.
Konfransda iştirak təmin olunmuş əməkdaşlar onlara yaradılan fürsətdən səmərəli istifadə edərək, həvalə edilmiş bu missiyanı yüksək səviyyədə yerinə yetirərək innovativlik və müasirliyin vəhdətini əks etdirən çıxışlar sərgiləmişlər.
Share: