MAKA-DA YAP BINƏQƏDI RAYON TƏŞKILATININ S.S.AXUNDOV KÜÇƏSI 1 ÜNVANLI ƏRAZI PARTIYA TƏŞKILATININ HESABAT-SEÇKI YIĞINCAĞI KEÇIRILDI

55
0
Share:
02 noyabr 2021-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının S.S.Axundov küçəsi 1 ünvanlı ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi. Yığıncaqdan əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyaraq, əziz xatirəsini ehtiramla yad etdilər. Daha sonra hesabat-seçki yığıncağının gündəliyində duran iki məsələ – ərazi  partiya təşkilatının  VI Qurultaydan sonrakı dövr ərzində fəaliyyəti barədə təşkilat sədrinin hesabat məruzəsi, sədrinin və sədr müavininin seçilməsi müzakirəyə çıxarıldı. Gündəlikdə duran birinci məsələ ilə bağlı ərazi partiya təşkilatının sədri, Milli Aerokosmik Agentliyinin baş direktorun birinci müavini Tofiq Süleymanov geniş hesabat məruzəsi ilə çıxış etdi. O təşkilatın ötən dövr ərzində fəaliyyəti, eləcə də keçirilən tədbirlər barədə ətraflı məlumat verdi. Partiya üzvlərinin aktiv fəaliyyətləri ilə seçildiklərini, ərazi partiya təşkilatının işində yaxından iştirak etdiklərini söylədi. Partiya rəhbərliyinin tapşırıq və tövsiyyələrinin bundan sonra da layiqincə və keyfiyyəli yerinə yetirilməsi üçün səylə çalışacaqlarını diqqətə çatdırdı. Daha sonra hesabat məruzəsi ətrafında çıxışlar başlandı. Milli Aerokosmik Agentliyinin baş direktoru, ərazi partiya təşkilatının üzvü Natiq Cavadov və digər çıxışçılar təşkilatın fəaliyyəti ilə bağlı fikirlərini bölüşdü. O, VI Qurultaydan ötən müddət ərzində təşkilatın fəaliyyətinin qənaətbəxş olduğunu söylədi. Hesabat-seçki yığıncağında yekun nitq söyləyən YAP Binəqədi rayon  təşkilatının sədri Vüsar İsmayılov partiyanın VII Qurultayında qəbul edilən qərarlar və struktur dəyişiklikləri barədə məlumat verdi. Bildirdi ki, ölkəmizdə dövlət başçısı, partiyamızın sədri İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu inkişaf strategiyasına paralel olaraq partiyanın inkişafı məqsədilə mühüm islahatlar həyata keçirilir. Vüsar İsmayılov, həmçinin partiya üzvlərini qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edərək, Vətən müharibəsində qazandığımız inamlı qələbədən, torpaqlarımızın işğaldan azad edilməsindən bəhs etdi. Çıxışının davamında rayon təşkilatının fəaliyyəti barədə məlumat verərək, ərazi partiya təşkilatını daha da fəal olmağa çağırdı, müvafiq tapşırıq və tövsiyyələrini verdi. Daha sonra təşkilati məsələlər geniş müzakirə olundu. Partiya üzvlərinin yekdil qərarı ilə Natiq Cavadov ərazi partiya təşkilatının sədri, Rafiq Ağamalıyev sədr müavini seçildilər. Onlar çıxışlarında göstərilən ütimadı yüksək qiymətləndirkdilərini və bu etimadı doğruldacaqlarını bildirdilər.
Share: