MAKA-DA TÜRKİYƏNİN MÜDAFİƏ SƏNAYESİ ŞİRKƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR

848
0
Share:
06 oktyabr 2021-ci il tarixində saat 11:00-da, Türkiyənin “MİRTEK Savunma və Texnoloji Sənayesi” şirkəti ilə Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrin nümayəndələri arasında Milli Aerokosmik Agentliyinin inzibati binasında görüş keçirilmişdir. Görüşdə Türkiyənin MİRTEK şirkətinin nümayəndələri Mehmet Haluk Yıldız, Ahmet Demir, Cenk Tarhun və Müdafiə Nazirliyinin əməkdaşı Hilal Bulut iştirak etmişlər. İclası aparan ETAİİ-nin direktoru Kamal Əsgərov giriş sözü ilə qonağları salamlamış,  Agentliyinin yaradılma tarixi və iş prinsipləri ilə tanış etmişdir. Tədbirdə şirkətin istehsal etdiyi məhsullar haqqında təqdimat nümayiş etdirilmişdir.
Daha sonra Milli Aerokosmik Agentliyinin baş direktoru professor Natiq Cavadov  MİRTEK şirkətinin nümayəndə heyətini qəbul etmiş və təşkilatlar arasında məhsulların birgə  istehsalı və yaradılması müzakirə olunmuşdur.Sonda xatirə şəkilləri çəkilmidir.
Share: