19 noyabr 2021-ci il tarixində MAKA-nın baş direktoru professor Natiq Cavadov və agentliyin əməkdaşları Qarabağda Ermənistan separatçıları tərəfindən vurulmuş helikopter qəzasında şəhid olmuş akademik “Tofiq İsmayılov adına kabinet muzeyini” ziyarət edib.
Akademik Tofiq İsmayılov haqqında professor Natiq Cavadov öz xatirələrini bölüşdü və onun Azərbaycan elmi və kosmik sənayesi üçün həyata keçirdiyi işlər barədə ətraflı məlumat verdi. O, qeyd etdi ki, Milli Aerokosmik Agentliyi Ulu Öndər Heydər Əliyevin dəstəyi və təşəbbüsü ilə yaradılmış, akademik Tofiq İsmayılovun rəhbərliyi altında böyük nailiyyətlər qazanılmışdır. Bu gün də Milli Aerokosmik Agentliyi öz fəaliyyətini uğurla davam etdirir, kollektivimiz kosmik tədqiqatların əhatə məkanın genişləndirilməsi yolunda var gücü ilə çalışır.