27.09.2021-ci il tarixində Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyində Anım Gününə həsr olunmuş tədbir keçirildi.Əvvəlcə MAKA şəhidlərinin xatirə abidəsi önündə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra Agentliyin baş direktoru, professor Natiq Cavadov 44 günlük Vətən müharibəsi zamanı AIi Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun qazandığı qələbə haqqında danışaraq, əzəli torpaqlarımızın işğaldan azad edilməsini tariximizə qızıl hərflərlə əbədi həkk olunacağını qeyd etdi. Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev tərəfindən imzalanmış Fəxri Fərmanlar və mükafatlar Vətən müharibəsində fədakarlıq göstərmiş MAKA əməkdaşlarına təqdim edildi.