Türkiyə Respublikasının Ankara şəhərində 26-29 aprel 2021-ci il tarixlərində ezamiyyətdə olan Milli Aerokosmik Agentliyinin Elmi-tədqiqat İnformatika İnstitunun direktoru Kamal Əsgərov, TəbiiEhtiyyatların Kosmik Tədqiqi İnstitunun direktoru Fəxrəddin Ağayev və İnnovasiya mərkəzinin direktoru Ceyhun Nabatov “ Meteksan Savunma”, “Aselsan” və “Best Group ” şirkətləri ilə görüşlər keçirmiş, qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılmışdır.
28 aprel 2021-ci il tarixində “Best Group” şirkətinin baş direktoru cənab Turqut Şenol ilə görüş keçirildi. Görüş zamanı zavodun istehsal fəaliyyəti ilətanış olunmuşdur və həmin qurumun tərkibinə daxil olan “Boğaziçi Savunma Teknolojiləri” şirkətinin birgə istehsalı üzrə əməkdaşlıq əlaqələrinin yaradılması haqqında danışıqlar aparılmışdır.
Tərəflər həmçinin ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayaraq sənaye sferasında əməkdaşlığın gələcək illərdə daha da genişlənəcəyinə əminliyini bildirdilər.
Səfər qarşılıqlı anlaşma və səmimi şəraitdə başa çatdı.