AZƏRBAYCANIN VƏ TÜRKiYƏNiN KOSMiK AGENTLiKLƏRi ƏMƏKDAŞLIĞA BAŞLADILAR

939
0
Share:
Türkiyə Respublikasının Kosmik Agentliyinin Prezidenti Serdar Hüseyin Yıldırımın başçılığı ilə ölkəmizə səfər edən nümayəndə heyətinin Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyində 18.02.2021-ci il tarixində görüşü keçirildi. Agentliyin baş direktoru, professor Natiq Cavadov türkiyəli qonaqları salamlayaraq ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinin əhəmiyyətini vurğuladı və kosmik sferada əməkdaşlığın genişlənəcəyinə əminliyini bildirdi. Nümayəndə heyətinin üzvləri müxtəlif illərdə Milli Aerokosmik Agentliyində istehsal edilmiş aeroçəkiliş sistemləri və kosmik fəzada uzun illər fəaliyyət göstərmiş cihaz nümunələri ilə tanış olduqdan sonra  təşkilatın yaranma tarixi və fəaliyyət istiqamətləri haqqında məlumatlandırıldılar. Görüş çərçivəsində kosmik məlumatların emalı sahəsində alınmış nəticələr nümayəndə heyətinə əyani təqdim olundu. Serdar Hüseyin Yıldırım səmimi qəbula görə minnətdarlığını bildirdi və birgə səylərimizlə kosmik texnologiyaların inkişafında ölkələrimizin ciddi uğurlar qazanacağına ümidvar olduğunu ifadə etdi.
Share: