AZƏRBAYCAN RESPUBLIKASI MÜDAFİƏ SƏNAYESİ NAZİRLİYİNİN ƏMƏKDAŞLARINA “ƏMƏKDAR MÜHƏNDİS” FƏXRI ADININ VERILMƏSI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

290
0
Share:
 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
qərara alıram:
Azərbaycan Respublikasının müdafiə sənayesində uzunmüddətli səmərəli fəaliyyətinə görə
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin aşağıdakı əməkdaşlarına “Əməkdar
mühəndis” fəxri adı verilsin:
Mirzəyev Rasim Cəbrayıl oğlu
Musayev Elşən Qədir oğlu.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 dekabr 2021-ci il
Share: