AĞDAMLI ZIYALILAR “MILLI QURTULUŞ GÜNÜ”- NÜ AĞDAM ŞƏHƏRINDƏ QEYD ETDILƏR

967
0
Share:
Milli Aerokosmik Agentliyinin baş direktoru, professor Natiq Cavadov Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun iştirakı ilə bir qrup ağdamlı ziyalılarla 15 İyun Milli Qurtuluş Gününü məhz Ağdam şəhərində qeyd etmişlər. Milli Qurtuluş Gününün 29-cu ildönümü ilə əlaqədar keçirilən tədbirdə ziyalılar arasında  AMEA –nın həqiqi üzvü, Dilgəm Tağıyev, AMEA-nın müxbir üzvü Rafiq Əliyev, AMEA-nın həqiqi üzvü Nərgiz Axundova, AMEA-nın müxbir üzvü, millət vəkili Bəxtiyar Əliyev, “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov, Yazıçı-publist, millət vəkili Aqil Abbas, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi, professor Lətif Hüseynov, , Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru, texnika elmləri doktoru, professor Hüseyn Qaraşov, AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov, AMEA-nın müxbir üzvü Şakir Musayev, Milli Aerokosmik Agentliyin Baş direktorunun müavini, hüquq elmləri doktoru Nazim Əliyev, Azərbaycan Respublikasının Xalq artisti professor Mənsum İbrahimov, Konstitusiya Məhkəməsi Apparatı rəhbərinin müavini, hüquq üzrə fəlsəfə doktoru Şahin Rüstəmov, Space TV-nin direktoru Müşfiq Hətəmov, Yazıçılar İttifaqının katibi Rəşad Məcid və “Mahal” Şirkətlər qrupunun direktoru Elvin Rəhimov iştirak etmişdir.
Emin Hüseynov səfər çərçivəsində ermənilərin törətdikləri vəhşilikləri, Ağdamda görülmüş işlər və gələcək planlar haqqında ətraflı məlumat verdi.
Görüş zamanı iştirakçlar Ağdam Rayon İcra Hakimiyyətinin Başçısı Vaqif Həsənovla görüşdülər və Ağdamla bağlı faydalı, maraqlı müzakirələr apardılar.
Share: