1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin öz müstəqilliyini elan etməsi ilə Türk və İslam dünyasında ilk demokratik respublikanın qurulması Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olmaqla yanaşı, digər xalqlara da bir örnək olmuşdur.
Müstəqilliyimizin ikinci dəfə bərpasından ötən dövr ərzində siyasi, iqtisadi və sosial sahələrdə böyük irəliləyişlərə nail olan Azərbaycan respublikası ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyev cənablarının qətiyyətli liderliyi və müdrik siyasəti sayəsində daha da inkişaf etmiş, beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirmiş və regionun lider ölkəsinə çevrilmişdir.
Ölkəmizin, regionun və bütün Türk dünyasının tarixində yeni səhifə açan 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının həmrəyliyi, birliyi və bərabərliyi ilə parlaq Zəfərin qazanılması bir daha göstərdi ki, İlham Əliyev cənablarının məqsədyönlü və ardıcıl siyasətinin sayəsində Azərbaycan durmadan güclənir, inkişaf edir və beynəlxalq aləmdə tutduğu layiqli yerini daha da möhkəmləndirir.
Tarixi ənənələrə söykənən və Şanlı Qələbə sevinci yaşayan Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, xalqımıza və Milli Aerokosmik Agentliyinin kollektivinə rifah, tərəqqi, xoşbəxtlik və davamlı uğurlar arzu edirik.