Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.
14 iyun 2022-ci il tarixində Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında 15 iyun – Milli Qurtuluş Günü ilə əlaqədar “Heydər Əliyev müstəqil Azərbaycanın banisidir” mövzusunda konfrans keçirildi.
RETK-nın direktorunun səlahiyyətlərini icra edən, İnnovasiya və İnkişaf üzrə direktorun birinci müavini Səbinə Sultanova giriş sözləri ilə Milli Qurtuluş Gününün əhəmiyyəti barədə danışdı.
Əqli Mülkiyyət Agentliyinin Aparatının rəhbəri Natiq İsayev Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik olan Milli Qurtuluş Günü ilə bağlı çıxış edib. O, müstəqilliyin ilk illərində ölkəmizdə yaranmış ağır ictimai-siyasi və iqtisadi böhran dövründə 1993-cü il 15 iyun tarixində Ulu Öndər Heydər Əliyevin xalqın təkidilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın daha böyük fəlakətlərdən xilas olduğunu və gələcək inkişafın təməlinin qoyulduğunu bildirdi.
Konfransda çıxış edənlər Heydər Əliyevin SSRİ dövründə və müstəqillik illərimizdə siyasi və iqtisadi quruculuq fəaliyyəti, o cümlədən kitabxana işinin inkişafına verdiyi töhfələr və bu sahədə milli qanunvericiliyin yaradılması istiqamətində gördüyü işlər barəsində məlumat verdilər. Həmçinin, konfransda Milli Aerokosmik Agentliyinin, Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun, Elmi Texniki İnformasiya və Patent şöbəsinin rəisi Mehriban Rzayeva və əməkdaşları iştirak etmişdir.
Tədbirin sonunda Heydər Əliyevin Agentlikdəki büstü önünə tər çiçəklər qoyuldu və xatirəsi böyük ehtiramla yad edildi.
Previous
Next