Milli Aerokosmik Agentlİyində dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir

12 May 2022-ci il tarixində Milli Aerokosmik Agentlİyinin Elmi Tədqiqat Aerokosmik İnformatika İnstitutunun “Funksional Çeviricilər” şöbəsinin rəis müavini Şanə Nizami qızı Cahidzadənin texnika elmləri sahəsində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 3338.01 – “ Sistemli analiz, idarəetmə və informasiyanın işlənilməsi” ixtisasında “Multispektral ölçmə sistemlərinin optimallaşdırılması və ölçmə nəticələrinin yeni emal üsullarının işlənməsi” mövzusu üzrə təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.

Dissertasiya işinin məqsədi YBÖ (yerdən bort ölçmə) sistemlərinin və komplekslərinin iş rejimlərinin optimallaşdırılması üçün məlum üsulların və onların təklif edilən təkmilləşdirilmiş variantlarının tətbiqi ilə bu qurğuların göstəricilərinin informativliyinin və dəqiqliyinin artırılmasından ibarətdir.


İlkin müzakirədə MAKA-nın baş direktorunun 1-ci müavini Tofiq Süleymanov dissertasiyaya aid mövzularla bağlı iclas iştirakçılarına məlumatlar verdi. İddiaçının çıxışından sonra, elmi rəhbər və komissiya üzvlərinin irad və təklifləri dinlənildi və mövzuya aid verilən suallar cavablandırıldı. Sonda səsvermə nəticəsində dissertasiya işi yekdilliklə qəbul olunaraq ixtisas üzrə dissertasiya şurasına təqdim edilmək üçün qərar qəbul edildi.

Author: