Milli Aerokosmik Agentliyində AzeROBOT Education şirkəti ilə görüş keçirildi

04.05.2022-ci il tarixində Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyində növbəti tədbir keçirildi. AzeROBOT Education şirkətinin rəhbəri İmamir Mirzəyeva və müəllim kollektivi çıxışları və hazırladıqları təqdimatlarla MAKA-nın işçi heyətini şirkət barədə ümumi məlumatlandırmışlar. 

Qısa müddətdə böyük rəğbət qazanan AzeRobot education Azərbaycanda gənclər və məktəblilər üçün robototexnika, mühəndislik və proqramlaşdırma, eləcə də digər sahələr üzrə təlimlər və kurslar təşkil edən şirkətdir. Qeyd edilmişdir ki, 5 yaşdan yuxarı hər kəs AzeRobot education mərkəzində keçirilən kurslardan yararlana bilər. Günümüzdə robototexnika elmi bir çox sənaye, məişət və sosial problemləri həllində mühüm əhəmiyyətə malikdir. 

Daha sonra AzeRobot education şirkətinin müəllim kollektivinin hazırladığı təqdimat videolarında robototexnika və robotların hazırlanma qaydası göstərilmişdir. AzeRobot education şirkətinin əməkdaşları MAKA mütəxəssisləri arasında maraqlı fikir mübadiləsi aparılmış və əməkdaşlıq barədə qərar qəbul edilmişdir.

Author: