Milli Aerokosmik Agentliyi əməkdaşlarının əl işlərinin sərgisi keçirilmişdir

09.03.2022-ci il tarixində Milli Aerokosmik Agentliyi əməkdaşlarının əl işlərinin sərgisi
keçirilmişdir. Sərgidə 11 əməkdaşımızın 100-dən çöx əl işləri nümayiş etdirildi.
Bu tədbirin keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizi təbliğ
etmək, həvəskar sənətkarların, həvəskar insanların üzə çıxarılması, onların min bir
əziyyətlə, gözlərinin nuru, əllərinin sehri ilə hazırladıqları əl işlərinin ictimaiyyətə
çatdırılmasıdır. Belə tədbirlər bizim əl işi ilə məşğul olan həvəskar sənətkarlarımızı
həvəsləndirməklə, onların yaradıcılıq potensialının inkişaf etdirilməsinə də müsbət təsir
göstərəcəkdir.
Sonra sərgidə iştirak edən əməkdaşlar “Təşəkkürnamə” ilə təltif olundular.

Author: