Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan üzrə nümayəndəsi ilə Milli Aerokosmik Agentliyində görüş olmuşdur.

16.02.2022 tarixində professor, Avropanın Fəxri Alimi, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan üzrə nümayəndəsi Elçin İsgəndərzadənin iştirakı ilə MAKA-da tədbir keçirilmişdir.

Tədbirdə professor Elçin İsgəndərzadə MAKA-nın baş direktoru professor Natiq Cavadovu Almaniyanın Hanover şəhərində fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyasının          “ Dünya miqyasında elm və təhsil sahəsində xidmətlərinə görə Avropa xidmət ordeni” ilə təltif etmişdir.Həmçinin professor Natiq Cavadov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş və Akademiyanın diplomuna layiq görülmüşdür.

Sonda professor Natiq Cavadov təltiflərə görə Elçin İsgəndərzadəyə,Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasına və  Almaniyanın Hanover şəhərində fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyasına göstərilən diqqətə görə minnətdarlığını bildirmişdir.

Author: