Milli Aerokosmik Agentliyində “Gənclər günü” qeyd edildi

02.02.2022 tarixində Milli Aerokosmik Agentliyində Gənclər günü ilə əlaqədar olaraq tədbir keçirilmişdir. Tədbirdə Agentliyin Baş Direktoru prof. Natiq Cavadov müəssisədə işləyən bütün gəncləri təbrik etmiş,onlara gələcək işlərində bol-bol uğurlar arzulamışdır. Agentliyin qabaqcıl gənclərinə işdəki səmərəli əmək fəaliyyətinə görə fəxri fərmanla təltif etmişdir. Həmçinin nazirlik tərəfindən də 5 qabaqcıl gəncimiz pul mükafatı və fəxri fərmanla təltif olunmuşdur. Gənclər də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Baş Direktora öz təşəkkürlərini bildirmişlər.

Author: