Milli Aerokosmik Agentlikdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi işçilərinin “Peşə Bayramı” münasibəti ilə tədbir keçirilmişdir

 

16.12.2021 tarixində MAKA-DA Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi işçilərinin “Peşə Bayramı” münasibəti ilə tədbir keçirilmişdir.Tədbirin açılışında Azərbaycan Respublikasının himni səsləndirilmiş və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

MAKA-nın baş direktoru professor Natiq Cavadov kollektivi salamlayaraq bayram münasibəti ilə təbrik etdi,sonra isə Müdafiə Sənayesi Naziri cənab Mədət Quliyevin Peşə Bayramı münasibəti ilə təbrik məktubu oxundu.

MSN işçilərinin Peşə Bayramı münasibəti ilə nazirlik tərəfindən MAKA-nın 7 əməkdaşı mükafatlandırılmış,onlardan 2 nəfəri – “Qabaqcıl işçi” döş nişanı, 2 nəfəri- Fəxri Fərmanla təltif olunmuş,2 nəfərə – 500manat pul mükafatı , 1-nəfərə isə  “Qiymətli hədiyyə”  verilmişdir.

MAKA-nın 15 əməkdaşına MSN –nin əmri ilə “Əmək veteranı” adı verilmişdir.

Bundan əlavə 19 əməkdaşımız MAKA-nın Fəxri Fərmanı ilə təltif olunmuş,Azərbaycan Respublikası Həmkarlar İttifaqı tərəfindən 1 nəfər- “İlin Peşəkar gənci” adına layiq görülmüşdür

Author: