MAKA-da doktoranturaya daxil olmaq üçün ingilis-dili kursu təşkil edilib

Bu gündən başlayaraq MAKA-da 2022-ci il üçün doktoranturaya daxil olmaq arzusunda olan magistrlər üçün İngilis dili kursları təşkil edilmişdir. Kurslara ümumilikdə 50-dən artıq magistr qatılmışdır. Tədrisin DİM-nin təyin etdiyi proqrama əsasən mərhələlərlə aparılması nəzərdə tutulur. Dərslərdə iştirak prosesi müvafiq davamiyyət jurnalında qeydiyyat aparılmaqla və təyin olunmuş dərs cədvəlinə uyğun həyata keçirilir. Bundan əlavə, bakalavrlar və minimum imtahanın vaxtı bitmiş doktorant və dissertantlar üçün də qeyd edilən İngilis dili kursları da ardıcıl olaraq tədris ediləcəkdir.

Author: