Nanomaterialların,nanogübrələrin alınması və kənd təsərrüfatı bitkilərinə təsirinin tədqiqi

“Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” jurnalında “Nanomaterialların,nanogübrələrin alınması və kənd təsərrüfatı bitkilərinə təsirinin tədqiqi” adında Milli Aerokosmik Agentliyinin baş direktoru,professor N.H.Cavadov və B.H.Əliyev,N.F.Kazımovun birgə məqaləsi çap olunmuşdur.

Məqalədə nanomaterialların,nanogübrələrin sintez edilməsi və onların kənd təsərrüfatı bitkilərinə təsiri barədə son elmi yeniliklər araşdırılmışdır,alınan nəticələr bu sahədə aparılan işlərlə müqayisə edilmişdir.Alınan nanoboruların “Qobustan” yumşaq buğda sortunun inkişafına müsbət təsiri araşdırılmış və inkişaf tendensiyasınn səbəbləri təhlil edilmişdir.Kənd təsərrüfatında nanogübrə kimi istifadə edilən,bitkinin  məhsuldarlığını yüksəldən,bitkidə xlorofil və karbohidratın miqdarını artıran,həm də elmin müxtəlif sahəsində tətbiqini tapan maqnetit(Fe₂O₄) nanohissəciyin alınması üçün qurğu hazırlanmışdır.Nanohissəciklərin bitkilərin(taxılın) inkişafına təsiri araşdırılmışdır.Müəyyən olunmuşdur ki,silisium və silisium oksid nanohissəcikləri müəyyən edilmiş konsentrasiyada bitkinin kök sistemində olan gözcüklərə təsir edərək bitkinin inkişafını asanlaşdırır,onun məhsuldarlığına müsbət təsir edir.

Author: