MAKA-da Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olundu.

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Milli Aerokosmik Agentliyində “Qarabağ Azərbaycandır!” – mövzusunda 5-10 yaşlı uşaqların rəsm sərgisi keçirilmişdir. Rəsm sərgisinin iştirakçıları Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş abidə kompleksinə gül dəstəsi qoymuş, Tofiq İsmayılov adına muzeylə tanış olmuşlar. MAKA-nın baş direktoru Natiq Cavadov sərgidə iştirak edən uşaqlarla görüş keçirmiş, onlara təşəkkürnamə və hədiyyələr təqdim etmişdir.

Author: