BEYNƏLXALQ ƏMƏKDAŞLIQ

BEYNƏLXALQ  ƏMƏKDAŞLIQ  SAHƏSİNDƏ  YERİNƏYETİRİLMİŞ  LAYİHƏLƏR

MАKА-nın fəaliyyətinin bütün dövrlərində beynəlxalq əməkdaşlıq məkanı ildən-ilə genişlənmiş, BMT-nin “Kosmik Məsələlər üzrə Baş Ofisi”, “Asiya və Sakit Okean Regionuna daxil olan Ölkələrin İqtisadi Komissiyası”(ASOİSK), “Kosmik Elm və Texnologiya Mərkəzi”, “Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı” (FAO) ilə yeni əlaqələr yaradılmış, kadrların hazırlanması sahəsində mühüm nailiyyətlər qazanılmışdır.

Son illərdə Agentliyin elmi-texniki əlaqələri daha da inkişaf etmiş, Agentlik Beynəlxalq Astronavtika Federasiyasının, Kosmik Elm və Texnologiyalar üzrə Beynəlxalq İslam Təşkilatının (İSNET) üzvlüyünə qəbul edilmiş, bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən  Tuluza Aviakosmik İnstitutu ilə əməkdaşlıq memorandumu imzalanmışdır.

Beynəlxalq əməkdaşlıq sahəsində aşağıdakı tədbirlər həyata keçirilmişdir:

– 1996-cı ildə MAKA ASOİSK-in tərkibində yaradılmış “Dövlətlərarası Məsləhət Şurası”nın üzvlüyünə qəbul edilmişdir;

– 1997-ci ildə BMT-nin ASOİSK, FAO və Avropa Kosmik Agentliyinin təklifi ilə Bakıda tədris seminarı keçirilmişdir;

– 1998-2000-ci illərdə FAO-nun dəstəyi ilə MAKA-da “Məsafədən zondlama üsulları ilə bitki örtüyü və torpaqdan istifadənin xəritələşdirilməsi imkanlarının genişləndirilməsi” layihəsi yerinə yetirilmişdir;

– MAKA-nın əməkdaşları BMT-nin “Kosmik Məsələlər üzrə Ofisi”nin dəstəyi ilə keçirilən beynəlxalq tədbirlərdə iştirak  еtmişlər;

– Əməkdaşlar BMT-nin Kosmik Elm və Texnologiya Mərkəzində (Hindistan),  Asiya Texnologiya İnstitutunda (Tayland) və İSNET-də (Pakistan) tədris-treyninq kurslarında iştirak etmişlər;

– 1999-cu ildə NATO-nun “Sülh naminə elm” proqramı çərçivəsində Xəzəryanı ölkələrlə birgə “Gələcək fəaliyyətin planlaşdırılması üçün Xəzər dənizi” layihəsi yerinə yetirilmişdir;

– Rusiyanın Federal Kosmik Agentliyi ilə 2003-cü ildə imzalanmış memorandum çərçivəsində “Kosmik Məlumatların Qəbuledici Kompleksi” MАKА-da istismara verilmiş, birgə əməkdaşlıq barədə bir sıra layihələr həyata keçirilmişdir.

Author: