Mars planetinə səyahət edək – 4K VİDEO

Mars planetinə səyahət edək – 4K VİDEO

PAYLAŞILIBDİGƏR MƏQALƏ

Faylları Şəkil ilə Gizlətməyin Yolu

NASA-nın texnologiyası vastəsi ilə marsa səyahət etmək mümkündür. Sizə təqdim edəcəyimiz videoda gördüklərinizin hər biri real olaraq Mars planetinin görüntüləridir.

Bütün görüntülər bir başa olaraq planetin özündə qeydə alınıb. Mars planetində 4K video çəkiliş dünyada bir ilkdir. Sizə təqdim edəcəyimiz video HD ultra materialdır və bu videonun çəkilişi zamanı istifadə olunan avadanlıqlara zərər toxunmuşdur.

Videoda sol küncdə görəcəyiniz adları, NASA tərəfindən Marsa verilmiş rəsmi olmayan yer adlarıdır.

Görüntülər ilk olaraq üç kəşf aparatı vastəsi ilə çəkilmişdir: Spirit, Opportunity və Curiosity.

Hər kəsi düşündürən belə bir sual var: nə üçün Mars planetini canlı izləmək mümkün deyil? Ona görə ki, kameralar yüksək texnologiyaya cavab versələr də, Marsdan yer kürəsinə canlı data (məlumat) göndərmək sürəti böyük çətinlikdir. Curiosity Mars planetindən yer kerəsinə yalnız saniyədə 32 kb sürətlə məlumat göndərə bilir.

Marsda heç bir şey hərəkət etmədiyinə görə görüntüləri şəkil olaraq çəkib əldə etmək daha məntiqli hesab olunur.

Daha ətraflı məlumat üçün video materialı izləyin.https://www.youtube.com/embed/ZEyAs3NWH4A?feature=oembed

Mənbə: ElderFox Documentaries

Author: