“Azərkosmos”un ixrac gəlirləri 1 faizdən çox artıb

“Azərkosmos”un ixrac gəlirləri 1 faizdən çox artıb

Bu ilin yanvar-fevral aylarında “Azərkosmos” ASC 23 ölkəyə 8,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib.

Xeberler.az bildirir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda bildirilir.

Sənədə əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə “Azərkosmos”un ixrac gəlirləri 0,1 mln dollar yaxud 1,2% artıb.

“Azərkosmos”un ixrac gəlirləri onun ümumi gəlirlərinin 90%-ni təşkil edib. Qurumun xidmətlərinin əsas idxalçıları Böyük Britaniya, Fransa, ABŞ, BƏƏ və Pakistandır.

Author: